Harris Baydenin yerinə prezident vəzifəsini icra etməyə hazır olduğunu açıqlayıb

Harris Baydenin yerinə prezident vəzifəsini icra etməyə hazır olduğunu açıqlayıb

ABŞ Prezidenti Co Baydeni əvəz etməyə hazıram

APA xəbər verir ki, bu barərə ABŞ-nin vitse-prezidenti Kamala Harris "The Wall Street Journal"a müsahibəsində deyib.

O, ABŞ vətəndaşlarının Baydenin yaşı ilə bağlı narahatlığını xatırladıb və amerikalıları belə bir ehtiyac yaranarsa, ölkəyə rəhbərlik etməyə hazır olacağına inandırıb.

"Mən hazıram. Mütləq" deyə cavab verib.

Nəşr qeyd edir ki, son aylarda Harrisin üzərinə getdikcə daha ciddi və çoxsaylı məsuliyyətlər düşüb. O, Fələstin-İsrail münaqişəsi ilə bağlı Amerika administrasiyası tərəfindən aparılan işlərdə də iştirak edir.