Azərbaycanla İran arasında münasibətlərin gələcək perspektivləri müzakirə edilib

Azərbaycanla İran arasında münasibətlərin gələcək perspektivləri müzakirə edilib

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və xarici işlər nazirinin müavini Samir Şərifovla ayrı-ayrılıqda görüşüb.

"Birxeber.Az" xəbər verir ki, bu barədə səfirliyin teleqram səhifəsində məlumat yayılıb.

Görüşlərdə ikitərəfli münasibətlərdə son inkişaflar və gələcək perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.