Dumana görə Zığ dairəsi-Hava Limanı yolunda endirilən sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb - YENİLƏNİB

Dumana görə Zığ dairəsi-Hava Limanı yolunda endirilən sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb - YENİLƏNİB

Dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

APA xəbər verir ki, bu bardədə DİN-in Nəqliyyatda İntelektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Eyni zamanda bütün məlumat sürət tablolarından “Dumanlı hava” işarəsi də götürülüb.

***

Saat 18:16

Dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb.

APA xəbər verir ki, bu bardədə DİN-in Nəqliyyatda İntelektual İdarəetmə Mərkəzi məlumat yayıb. Xəbərə görə, eyni zamanda bütün məlumat sürət tablolarında "Dumanlı hava" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.