Viktor Orban: Azərbaycan Macarıstan üçün təkcə mühüm siyasi, iqtisadi və mədəni tərəfdaş deyil, həm də səmimi dostdur

Viktor Orban: Azərbaycan Macarıstan üçün təkcə mühüm siyasi, iqtisadi və mədəni tərəfdaş deyil, həm də səmimi dostdur

Hörmətli cənab Prezident.

Seçkilərin nəticələri Azərbaycan xalqının Sizə etimadını əyani şəkildə nümayiş etdirdi.

Birxeber.Az xəbər verir ki, bu fikir Macarıstanın Baş naziri Viktor Orbanın Prezident İlham Əliyevə seçkilərdə qazandığı inamlı qələbə münasibətilə ünvanlandığı təbrik məktubunda yer alıb.

Baş nazir məktubunda, həmçinin qeyd edib: “Şadam ki, keçən il ərzində ikitərəfli münasibətlərimizi genişlənmiş strateji tərəfdaşlıq səviyyəsinə qaldırmışıq. Azərbaycan Macarıstan üçün təkcə mühüm siyasi, iqtisadi və mədəni tərəfdaş deyil, həm də səmimi dostdur. Çoxşaxəli əməkdaşlığımızı inkişaf etdirməkdə və bundan sonra da birgə investisiyalar yatırmaqda ümumi marağımız var”.

Viktor Orban ölkələrimiz arasında davamlı olaraq möhkəmlənən əlaqələrə həm də tarixi yaxınlığımızın, sosial ənənələrimizin, ailə dəyərlərinə hörmətin və Türk xalqlarını birləşdirən təşkilatlardakı əməkdaşlığın təkan verdiyini vurğulayıb.

“Sizi əmin edirəm ki, hökumətim əlaqələrimizin inkişafına və qarşılıqlı faydalı əməkdaşlığımızın dərinləşməsinə sadiq qalır”, - deyə Baş nazir qeyd edib.