Avropa Şurasının Baş katibi Prezident İlham Əliyevi təbrik edib

Avropa Şurasının Baş katibi Prezident İlham Əliyevi təbrik edib

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

APA xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Prezident. Fürsətdən istifadə edərək bu günlərdə yenidən Azərbaycanın Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Mən Sizin səlahiyyət müddətiniz dövründə insan hüquqları, demokratiya və qanunun aliliyinin inkişafı ilə bağlı ümumi prinsiplərimiz üzrə birgə işləməyi davam etdirməyi səbirsizliklə gözləyirəm. Beynəlxalq ictimaiyyətlə yanaşı, Avropa Şurası regionda sülh, sabitlik və mehriban qonşuluq münasibətlərinə yönəlmiş bütün səyləri dəstəkləməkdə davam edəcəkdir".