Ərdoğan: “Türkiyə cənub sərhədlərində “Terroristan”ın qurulmasına imkan verməyəcək”

Ərdoğan: “Türkiyə cənub sərhədlərində “Terroristan”ın qurulmasına imkan verməyəcək”

Türkiyə ABŞ ilə F16-lara dair danışıqların müsbət nəticə verməsindən məmnundur.

Birxeber.Az-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciəti zamanı bildirib.

O, Türkiyəyə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə müdafiə sənayesinin bundan sonra daha sürətlə inkişaf edəcəyinə ümid edtdiyini də qeyd edib.

Ərdoğan, həmçinin terrorla mübarizədə də geri addımın atılmayacağını vurğulayıb:

“Türkiyə nəyin bahasına olursa olsun, cənub sərhədlərində “Terroristan”ın qurulmasına imkan verməyəcək”.