Casusluqda ittiham olunan xarici ölkə vətəndaşı barədə Naxçıvanda məhkəmə icraatı başlayıb

Casusluqda ittiham olunan xarici ölkə vətəndaşı barədə Naxçıvanda məhkəmə icraatı başlayıb

Casusluqda ittiham olunan xarici ölkə vətəndaşı Pourkazem Hamid Musa oğlu barəsində istintaqı yekunlaşmış cinayət işi üzrə Naxçıvan Ağır Cinayətlər Məhkəməsində məhkəmə icraatı başlayıb.

"Birxeber.Az" xəbər verir ki, cinayət işi hakim Hüseyn Məmmədovun icraatına verilib.

Hamid Pourkazem hazırda Dövlət Təhlükəsizliyi Xidmətində aparılmış cinayət işi üzrə həbsdədir. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə ittiham irəli sürülüb.