FHN: Yevlaxda ağır yol qəzasında xəsarət alanlar xilas edilərək təcili yardıma təhvil verilib - YENİLƏNİB

FHN: Yevlaxda ağır yol qəzasında xəsarət alanlar xilas edilərək təcili yardıma təhvil verilib - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yevlax rayonu, Qoyunbinəsi kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

"Birxeber.Az" xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Aran Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Mercedes” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verdiyi və vətəndaşların avtomobillərdə köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə avtomobillərdə köməksiz vəziyyətdə qalan vətəndaşlar 1953-cü il təvəllüdlü Məmmədova Rahilə Qoç qızı, 1978-ci il təvəllüdlü Qənbərov Çingiz Aslan oğlu, 1987-ci il təvəllüdlü Səfərova Nərmin Abbas qızı, 1988-ci il təvəllüdlü Rəhimov Qurban Elşad oğlu, 2013-cü il təvəllüdlü Rəhimzadə Nurgül Qurban qızı, 2015-ci il təvəllüdlü Rəhimli Əli Qurban oğluna xilas edilərək təcili tibbi yardım briqadasına təhvil veriliblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

17:56

Yevlax rayonunda avtomobil qəzası olub, 2-si uşaq olmaqla 7 nəfər xəsarət alıb.

"Birxeber.Az"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qoyunbinəsi kəndində qeydə alınıb.

Hadisə zamanı Ağcabədi rayon sakinləri - 1988-ci il təvəllüdlü Qurban Rəhimov, 1987-ci il təvəllüdlü Səfərova Nərmin, 1953-cü il təvəllüdlü Məmmədova Rahilə, 1978-ci il təvəllüdlü Qənbərov Çingiz, 2015-ci il təvəllüdlü Ə.Rəhimli, onun bacısı, 2013-cü il təvəllüdlü N.Rəhimzadə və daha bir nəfər xəsarət alıblar. Onlar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.