Şolts avropalı tərəfdaşları silah istehsalını artırmağa çağırıb

Şolts avropalı tərəfdaşları silah istehsalını artırmağa çağırıb

Almaniya kansleri Olaf Şolts avropalı tərəfdaşları silah istehsalını əhəmiyyətli dərəcədə artırmağa çağırıb.

“Report” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

“Avropalı tərəfdaşlar qarşıdakı bir neçə onillikdə müdafiə sənayesini təmin etməlidirlər. Biz genişmiqyaslı silah istehsalına doğru hərəkət etməliyik”, - hökumət başçısı söyləyib.

Onun sözlərinə görə, buna təcili ehtiyac var: “Çünki biz sülh şəraitində yaşamırıq. Rusiyanın Ukraynada apardığı müharibə Avropa sülhü üçün əsas təhlükədir”.