Kuleba polşalı fermerlərin Ukrayna taxılını daşıyan tırlara hücumunu pisləyib

Kuleba polşalı fermerlərin Ukrayna taxılını daşıyan tırlara hücumunu pisləyib

Ukrayna ucuz taxıl idxalı ilə bağlı uzun müddətdir davam edən mübahisə fonunda polşalı fermerlərin etiraz edərək, Ukrayna taxılını daşıyan tırlara hücumunu pisləyib.

Birxeber.Az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "X" hesabında bildirib.

"Ukrayna taxılının Polşa sərhədində korlanması qəbuledilməzdir. İstənilən fermer bilməlidir ki, taxıl istehsalı üçün nə qədər zəhmət lazımdır, xüsusən də müharibə zamanı. Ukrayna-Polşa dostluq münasibətləri naminə bu təxribatı törədənlər cavab verməlidir", - ukraynalı nazir deyib.

O qeyd edib ki, ölkənin Kənd Təssərüfatı Nazirliyi də hadisəni pisləyib.

"Kənd Təsərrüfatı Nazirliyi bildirib ki, Kiyev "polşalı etirazçılar tərəfindən Ukrayna taxılının qəsdən məhv edilməsini qətiyyətlə pisləyir".