Xankəndiyə polis rəisi təyin edilib

Xankəndiyə polis rəisi təyin edilib

Xankəndi Şəhər Polis Şöbəsinə rəis təyin edilib.

APA xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis polkovniki Zaur Nəsirov Xankəndi şəhər Polis Şöbəsinə rəis təyin olunub.

Məlumatı DİN-in Mətbuat xidmətindən APA-ya təsdiqləyiblər.

Qeyd edək ki, polkovnik Zaur Nəsirov Göygöl rayon Polis Şöbəsinin rəisi olub, o, əslən Xankəndi şəhərindəndir.