Bakı metrosu Rusiyadan 35 yeni vaqonun alınması məlumatına münasibət bildirib

Bakı metrosu Rusiyadan 35 yeni vaqonun alınması məlumatına münasibət bildirib

Bakı metropoliteni hazırda yeni vaqonların alınması ilə bağlı müqavilə imzalamayıb.

Bu barədə “Birxeber.Az”un Rusiyadan yeni 35 vaqon alınması ilə bağlı sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, hər hansı müqavilə olacağı təqdirdə ictimaiyyətə geniş məlumat veriləcək.

Qeyd edək ki, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov “İzvestiya” qəzetinə müsahibəsində bu il Bakı metrosu üçün 35 vaqonun tədarükü üzrə çox böyük layihənin həyata keçiriləcəyini qeyd edib.

İndiyənədək hər biri 5 vaqondan ibarət 22 qatar Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsində “Bakı Metropoliteni” QSC-nin texniki şərtlərinə uyğun istehsal edilib.