Gəncə Dövlət Filarmoniyası "Musiqi yolu" layihəsinə start verir

Gəncə Dövlət Filarmoniyası "Musiqi yolu" layihəsinə start verir

Gəncə Dövlət Filarmoniyası "Musiqi yolu" layihəsinə start verir.

Filarmoniyadan APA-ya verilən xəbərə görə, "Gəncə Dövlət Filarmoniyasından salamlar" və "Gəncə Dövlət Filarmoniyasına salamlar" sloqanları ilə baş tutacaq layihənin əsas məqsədi paytaxt Bakıda, Gəncə və digər regionların mədəniyyət müəssisələrində, konsert salonlarında fəaliyyət göstərən musiqiçilər arasında musiqi mübadiləsi yaratmaq, inkişaf etdirməkdir.

Layihəyəyə sosial şəbəkə vasitəsilə ölkəmizin bütün regionlarından musiqiçilər qoşulacaqlar.

Keçiriləcək layihə həmçinin yaradıcı insanların tanınmasında böyük rol oynayacaq.