Mərdəkanda yol qəzasında iki nəfər xəsarət alıb
Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Birxeber"un məlumatına görə, hadisə zamanı xəsarət alanlar İsgəndər Qasımov və Şəmsi Cabbarov təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Hadisənin təfərrüatı araşdırılır.