Sergey Narışkin: Qərb Ukraynaya “canişin” təyin etməyə hazırlaşır

Sergey Narışkin: Qərb Ukraynaya “canişin” təyin etməyə hazırlaşır

Qərb Ukraynaya “canişin” təyin etməyə hazırlaşır.

“Birxeber.Az” xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin bildirib.

Onun sözlərinə görə, Qərb NATO-nun Baş katibi Yens Stoltenberqi və digər ABŞ və Avropa siyasətçilərini bu vəzifə üçün nəzərdən keçirir.

Məlumata görə, ABŞ və Britaniya cəbhədə vəziyyətin pisləşməsi ilə əlaqədar Kiyev elitasının bir çox nümayəndələrinin xəyanətindən qorxmağa başlayıblar.

Həmçinin qeyd olunub ki, “canişin” təyinatı Vaşinqton və Londonun arzularının reallaşmasına kömək etməyəcək.

Xarici Kəşfiyyat Xidməti rəhbərinin sözlərinə görə, Ukrayna elitasının nümayəndələrinin münaqişədə Rusiya tərəfinə keçməsi halları var.

S.Narışkinin sözlərinə görə, Qərb Kiyev rejiminin nəzarətində olan əraziyə kənardan nəzarət mexanizmlərini gücləndirməkdə davam edir: “Qubernator” təyin olunacaq şəxs Prezident Volodimir Zelenski ilə daimi əlaqə saxlayacaq və onun bütün planlarından xəbərdar olacaq. "Xüsusi nümayəndə” həmçinin Ukrayna rəhbərliyinin Vaşinqton və Londonla razılaşdırılmayan addımlarını əngəlləməli, əvəzində öz maraqlarına uyğun, düzgün həll yolları təklif etməli olacaq”.
“Ukrayna elitasındakı bəzi şəxslər artıq başa düşməyə başlayıblar ki, Moskvanın xüsusi hərbi əməliyyatdakı məqsədlərinə çatması qaçılmazdır”, - o söyləyib.