Qazaxıstan şirkəti bu ay Orta Dəhlizlə 3 konteyner qatarı göndərib

Qazaxıstan şirkəti bu ay Orta Dəhlizlə 3 konteyner qatarı göndərib

Qazaxıstanın “KTZ Express” şirkəti bu ay Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə Çindən Azərbaycan və Gürcüstana 3 konteyner qatarı göndərib.

“Birxeber.Az” bu barədə şirkətə istinadən xəbər verir.

Ötən ay isə “KTZ Express” Orta Dəhlizlə 10 konteyner qatarı göndərmişdi.

Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.