Azərbaycan bankları “Bank of New York Mellon”la əməkdaşlığı genişləndirə bilər

Azərbaycan bankları “Bank of New York Mellon”la əməkdaşlığı genişləndirə bilər

"Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin üzvlərinin rəhbər şəxsləri ilə “Bank of New York Mellon”-nun Bakıda səfərdə olan nümayəndə heyəti arasında görüş keçirilib.

"Report" bu barədə ABA-ya istinadən xəbər verir.

Məlumata görə, görüşdə Azərbaycan bankları ilə “Bank of New York Mellon” arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi müzakirə edilib.

ABA-nı 1990-cı ildə kommersiya bankları təsis edib. Əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdir. Hazırda, 23 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.