Dövlət Məşğulluq Agentliyi 3 illik auditor seçir

Dövlət Məşğulluq Agentliyi 3 illik auditor seçir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi özünün və struktur bölmələrinin 2023-2025-ci illər üzrə konsolidə edilmiş maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.

“Birxeber.Az” xəbər verir ki, tenderdə iştirak haqqı 450 manatdır.

İddiaçılar təkliflərini martin 12-si, saat 15:00-a qədər Fondun yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi, 85 ünvanına təqdim edə bilərlər.

Təkliflərə martin 12-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.