Azərbaycanda “Pinterest” istifadəçilərinin sayı artıb

Azərbaycanda “Pinterest” istifadəçilərinin sayı artıb

Ötən il ərzində Azərbaycanda ən çox “Pinterest” sosial şəbəkə istifadəçilərinin sayında artım olub.

Birxeber.Az-Economics”in “Statcounter”ə istinadən xəbərinə görə, ötən ilin yanvarında Azərbaycanda bu sosial şəbəkədən istifadə 14.47 faiz təşkil edib. Ötən ilin avqust ayından etibarən isə Azərbaycanda “Pinterest”ə maraq artıb. Belə ki, 2023-cü ilin avqustunda Azərbaycanda bu sosial şəbəkədən istifadə edənlər 16.73, oktyabrında 18.18, dekabrında isə 23.33 faiz təşkil edib.

Qeyd edək ki, dünyada çox məşhur olan "Pinterest" sosial şəbəkəsində JPG formatında çox faydalı məlumatlar əldə etmək mümkündür. Xüsusən də müxtəlif dillər öyrənmək istəyənlər və bunun üçün müəyyən materiallar axtaranlar üçün bu sosial şəbəkədə kifayət qədər resurs mövcuddur.