Xaçmazın baş həkimi vəfat edib

Xaçmazın baş həkimi vəfat edib

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Lətif Abasov vəfat edib.

"Birxeber.Az"un Şimal bürosunun məlumatına görə, o, kəskin ürək çatışmazılığı səbəbilə həyatını itirib.

Qeyd edək ki, Abasov Lətif Bahadır oğlu 13.09.1965-ci ildə Bakı şəhərində anadan olub. 1989-cu ildə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında həkim-anestezioloq-reanimatoloq kimi fəaliyyətə başlayıb. 2006-cı ildən 2019-cu ilədək Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında baş həkimin müavini, 2020-ci ildən etibarən baş həkim vəzifəsini icra edib.