Merve Boluğur 2-ci dəfə evləndi - FOTO/VİDEO
Məşhur türk aktrisa Merve Boluğur 2-ci dəfə ailə həyatı qurub.
Birxeber xəbər verir ki, sənətçi DJ sevgilisi Mert Aydınla Fuat Paşa Yalısında evlənib.
Boluğur xoş günündə 2 gəlinlik geyinib.
Xatırladaq ki, aktrisa daha əvvəl müğənni Murat Dalkılıçla evli olub. 2015-ci ildə ailə quran cütlük 2017-ci ildə boşanıb.