Qəzzada ölən fələstinlilərin sayı 28 340 nəfərə çatıb

Qəzzada ölən fələstinlilərin sayı 28 340 nəfərə çatıb

Qəzza zolağında münaqişənin başlamasından sonra azı 28 340 nəfər ölüb.

“Birxeber.Az” TASS-a istinadən xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, münaqişə başlayandan bəri 67 984 nəfər yaralanıb.

Nazirliyin məlumatına görə, son 24 saat ərzində 164 fələstinli ölüb, təxminən 200-ə yaxın insan xəsarət alıb.