Zelenski hərbi vəziyyətin uzadılması və səfərbərlik haqqında qanun imzalayıb

Zelenski hərbi vəziyyətin uzadılması və səfərbərlik haqqında qanun imzalayıb

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə ümumi səfərbərlik və hərbi vəziyyətin tətbiqinin nəzərdə tutulduğu qanunu imzalayıb.

Bu barədə “Birxeber.Az” “RBC-Ukraina”ya istinadən xəbər verir.

Həm səfərbərlik, həm də hərbi vəziyyətin qüvvədə olma müddəti fevralın 14-dən 90 gün, yəni mayın 13-dək uzadılıb.

Xatırladaq ki, bu xüsusi rejim müharibə başlayandan, yəni 2022-ci il fevralın 24-dən bəri 10-cu dəfə uzadılıb.