İngiltərə millisinin futbolçusu "Arsenal"ın tarixinə düşüb

İngiltərə millisinin futbolçusu "Arsenal"ın tarixinə düşüb

İngiltərə millisinin futbolçusu Bukayo Saka "Arsenal" klubunun tarixinə düşüb.

"Birxeber.Az" "Sky Sports"a istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi buna "Vest Hem"ə 6:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXIV turunun matçında nail olub.

Qarşılaşmada dubl edən Saka "topçular"da vurduğu qolların sayını 51-ə çatdırıb.

Beləliklə, o, 1978-ci ildə Frank Stapletondan sonra London təmsilçisində 50 qol vuran ən gənc futbolçu adına sahib çıxıb.