Netanyahu HAMAS-ın girov götürdüyü 2 nəfərin azad edilməsinə münasibət bildirib

Netanyahu HAMAS-ın girov götürdüyü 2 nəfərin azad edilməsinə münasibət bildirib

Hərbi təzyiqin tam qələbə qazanılana kimi davam etdirilməsi bütün girovların azad edilməsinə səbəb olacaq.

APA xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu “X” platformasındakı hesabında yazıb.

İsrail hökumətinin rəhbəri ötən ilin 7 oktyabrında HAMAS tərəfindən girov götürülən iki nəfərin Rəfahda İsrail ordusu tərəfindən həyata keçirilən əməliyyat nəticəsində azad olunmasını şərh edərək yazıb:

“Mən cəsur hərbçilərimizi onların (red. – azad edilən iki girovun) azad edilməsi üçün göstərdikləri cəsarətli hərəkətlərinə görə salamlayıram. Yalnız tam qələbə qazanana qədər davam etdirəcəyimiz hərbi təzyiq bütün girovların azad edilməsinə gətirib çıxaracaq. Biz onları (red. - Qəzzada saxlanılan bütün girovları) qaytarmaq üçün heç bir fürsəti əldən verməyəcəyik", - Baş nazir əlavə edib.

Xatırladaq ki, bu gün İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti Rəfahda keçirilən xüsusi əməliyyat zamanı iki israilli girovun azad edildiyini bildirib. Onlardan biri 60 yaşlı Fernando Simon Marman, digəri isə 70 yaşlı Lui Hardır.