“Maşa və ayı”nın yeni bölümü Azərbaycana həsr olunub

“Maşa və ayı”nın yeni bölümü Azərbaycana həsr olunub
Rusiyanın dünyaca məşhur “Maşa və ayı” cizgi serialının yeni mövsümündə bir seriya Azərbaycana həsr olunub.
Xeber.Online xəbər verir ki, dəcəl qız öz oyuncaqlarına “Məlikməmməd” nağılını (daha müasir versiyada) danışır.
“Uzaq-uzaq diyarlarda Azərbaycan adlı bir məmləkət var. Bu ölkədə mehriban, şən və əməksevər insanlar yaşayır. Bu nağılı da elə onlar mənə danışıblar”, - deyə başlayan cizgi seriyasında “Göyçək Fatma”, “Təpəgöz”, “Simurq Quşu” kimi nağıl qəhrəmanlarının da adı çəkilib.
Azərbaycanın milli naxışlarından tutmuş, şahın buxara papağı, şahzadə Məlikməmmədin və nişanlısı Göyçək Fatmanın milli geyimləri, həmçinin Maşanın masasının üzərində şəkərbura, paxlava və qoğal kimi milli mətbəximizin inciləri, armudu stəkanda çay, regiona məxsus nar, üzüm, armud kimi meyvələrin olması filmə xüsusi rəng qatıb.
Cizgi filminin maraqlı məqamlarından biri Məlikməmmədin quyuya düşməsi anıdır. Orada armud bağının içində Göyçək Fatma kamançada “Sarı gəlin”i ifa edir və onun Azərbaycanın qədim xalq mahnısı olduğu bildirilir.
Azərbaycana həsr olunan yeni seriyanı cizgi filminin rəsmi “YouTube” kanalından izləmək olar.
MƏDƏNİYYƏT MƏDƏNİYYƏT
Bu gün Hacı Zeynalabdin Tağıyevin anım günüdür

Bu gün Hacı Zeynalabdin Tağıyevin anım günüdür

MƏDƏNİYYƏT MƏDƏNİYYƏT
Azərbaycan Parisdə 5-ci beynəlxalq qastronomiya festivalında təmsil olunacaq

Azərbaycan Parisdə 5-ci beynəlxalq qastronomiya festivalında təmsil olunacaq

MƏDƏNİYYƏT MƏDƏNİYYƏT
Nazir ictimaiyyəti “Fəryad 2” filmi ilə bağlı səbrli olmağa çağırıb

Nazir ictimaiyyəti “Fəryad 2” filmi ilə bağlı səbrli olmağa çağırıb

MƏDƏNİYYƏT MƏDƏNİYYƏT
AzTV-də “Muğam” müsabiqəsi başlayıb

AzTV-də “Muğam” müsabiqəsi başlayıb

MƏDƏNİYYƏT MƏDƏNİYYƏT
Tofiq Quliyev və Müslüm Maqomayevin heykəllərinin quraşdırılmasına başlanılır

Tofiq Quliyev və Müslüm Maqomayevin heykəllərinin quraşdırılmasına başlanılır

MƏDƏNİYYƏT MƏDƏNİYYƏT
“II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı”nın ikinci günü "Arşın mal alan" operettası ilə başa çatıb - FOTO

“II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı”nın ikinci günü "Arşın mal alan" operettası ilə başa çatıb - FOTO

MƏDƏNİYYƏT MƏDƏNİYYƏT
Xalq artisti Vaqif Əsədov vəfat etdi

Xalq artisti Vaqif Əsədov vəfat etdi

MƏDƏNİYYƏT MƏDƏNİYYƏT
Mədəniyyət Nazirliyindən qırmızı dodaq boyası qadağasına - REAKSİYA

Mədəniyyət Nazirliyindən qırmızı dodaq boyası qadağasına - REAKSİYA

MƏDƏNİYYƏT MƏDƏNİYYƏT
Azərbaycanın xalq artisti vəfat etdi

Azərbaycanın xalq artisti vəfat etdi

MƏDƏNİYYƏT MƏDƏNİYYƏT
Hüseyn Arifin hansı çariça ilə eşq macərası olub?

Hüseyn Arifin hansı çariça ilə eşq macərası olub?

MƏDƏNİYYƏT MƏDƏNİYYƏT
Bülbülün doğum günüdür

Bülbülün doğum günüdür

MƏDƏNİYYƏT MƏDƏNİYYƏT
Xanəndələr Suqovuşanda - FOTO

Xanəndələr Suqovuşanda - FOTO