Kreml Finlandiyanın yeni Prezidentinin münasibətlərdə balansı qoruyacağına ümid edir

Kreml Finlandiyanın yeni Prezidentinin münasibətlərdə balansı qoruyacağına ümid edir

Moskva Finlandiyanın yeni seçilmiş Prezidenti Aleksandr Stubbın Rusiya-Finlandiya münasibətlərində balansı qoruyacağına ümid edir.

Birxeber.Az-nın Rusiya bürosu xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Kremlin Stubbın Moskva-Helsinki münasibətlərinə balansı qoruyacağına ümid etdiyini söyləyib.

Peskov Rusiya prezidenti Vladimir Putinin Stubbın seçkilərdəki qələbəsi münasibətilə təbrik etməyəcəyini, Finlandiyanın və onun hazırkı rəhbərliyinin Rusiya Federasiyasına münasibətdə dost olmadığını xatırladıb.