Gürcü tələbələr yeni Baş nazirin təyinatına qarşı çıxıblar

Gürcü tələbələr yeni Baş nazirin təyinatına qarşı çıxıblar

Gürcü tələbələr Tbilisidə hökumət binası qarşısında etiraz aksiyası keçiriblər.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Gürcüstan KİV-ləri məlumat yayıb.

Bildirilib ki, onlar Gürcüstanın yeni Baş naziri İrakli Kobaxidzeyə qarşı etiraz aksiyası keçiriblər.

Gənclərin aksiyası iki saata yaxın davam edib. Aksiya baş verən yerdə çoxlu sayda polis cəmləşib. Amma aksiya dinc şəraitdə keçib və heç bir insident qeydə alınmayıb.