Azərbaycanda FETÖ-yə görə həbs edilənlərin məhkəməsi başlayır

Azərbaycanda FETÖ-yə görə həbs edilənlərin məhkəməsi başlayır

Azərbaycanda Fətullahçı Terror Təşkilatına(FETÖ) görə saxlanılan təşkilatın rəhbər şəxslərindən olan Döyrüş Cəfərov, maliyyə işlərinə cavabdeh Gümrah Abdurahmanov, təşkilati işlərə cavabdeh Anar Əliyev və fəal İlkin Haşımlının məhkəməsi başlayır.

"Birxeber.Az" xəbər verir ki, təqsirləndirilən şəxslər barəsində işlər artıq məhkəmələrə göndərilib.

Belə ki, D.Cəfərov və A.Əliyev barəsində cinayət işinə Abşeron, İ.Haşımlının cinayət işinə Binəqədi, G.Abdurahmanovun cinayət işinə isə Nərimanov rayon məhkəmələrində baxılacaq.

Qeyd edək ki, D.Cəfərov, G.Abdurahmanov və İ.Haşımlının FETÖ-nün Azərbaycandakı təhsil və təlim mərkəzlərində uzun müddətdir təşkilatın təbliğatı apardıqları və gənclərin təşkilata üzv olmasını istiqamətində addımlar atdıqları müəyyən edilib. FETÖ-nün idarələrində, mətbəələrində, təlim mərkəzlərində, yataqxana mərkəzində və saxlanılan şəxslərin ünvanlarında aparılan axtarışlar zamanı qurumun maliyyə hesabatları, fəaliyyət planlarını əks etdirən sənədlər, FETÖ ideyalarını yayan radikal dini sənədlər, kompüterlər, elektron yaddaş cihazları, bank kartları, külli miqdarda saxta pul və odlu silahlar ələ keçirilib.

Adıçəkilən şəxslər ötən il iyul ayında Daxili İşlər Nazirliyinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb və onlar barəsində Cinayət Məcəlləsinin 167-3.1-ci (dinə etiqad etməyə məcbur etmə və ya bu əməllərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsini maliyyələşdirmə) maddəsi ilə ittiham irəli sürülüb və hər biri barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.