Azərbaycan qılıncoynadanı Dünya Kubokunda ən güclü “səkkizliy”ə düşə bilməyib

Azərbaycan qılıncoynadanı Dünya Kubokunda ən güclü “səkkizliy”ə düşə bilməyib

Azərbaycan qılıncoynadanı Anna Başta Perunun paytaxtı Limada keçirilən Dünya Kubokunda ən güclü “səkkizliy”ə düşə bilməyib.

“Birxeber.Az” xəbər verir ki, Avropa çempionu olan 27 yaşlı idmançı Yaponiya təmsilçisi Emura Misakiyə 8:15 hesabı ilə uduzaraq, ilk “8-lik”dən kənarda qalıb.

Sablya üzrə qadınlardan ibarət Azərbaycan millisi də yarışda çıxışını başa vurub. Anna Başta, Palina Kaspiaroviç, Səbinə Kərimova və Sevil Bünyatovadan ibarət yığma İspaniyaya 38:45 hesabı ilə məğlub olub.