Prezident seçkilərinin yekunlarına dair sabah Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək

Prezident seçkilərinin yekunlarına dair sabah Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək

Sabah prezident seçkilərinin yekunlarına dair Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək

Bu barədə Birxeber.Az-ya Konstitusiya Məhkəməsindən məlumat verilib.

Bildirilib ki, 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası fevralın 13-də saat 11:00-a təyin edilib.