Gürcüstan həbsxanalarında 101 Azərbaycan vətəndaşı cəza çəkir

Gürcüstan həbsxanalarında 101 Azərbaycan vətəndaşı cəza çəkir

2023-cü ilin sonunda Gürcüstan həbsxanalarında 101 Azərbaycan vətəndaşı olub.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ötən ilin dekabr ayı üzrə hesabatında bildirilib. Qeyd olunub ki, həbsdə olan Azərbaycan vətəndaşlarından 11-ü qadın, 90-ı isə kişi olub.

Həbsdə olan Azərbaycan vətəndaşlarından biri həddi buluğa çatmayan oğlan olub.

Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarından 17-nə qarşı ittiham irəli sürülüb, 84-ü barəsində isə hökm oxunub.

Ötən ilin dekabrında Gürcüstanda probasiya nəzarətində olan Azərbaycan vətəndaşlarının sayı isə 48 nəfər təşkil edib.

2023-cü ilin dekabrında Gürcüstan həbsxanalarında 57 İran, 28 Ermənistan, 31 Hindistan, 14 Misir, 121 Rusiya, 229 Türkiyə və 53 Ukrayna vətəndaşı olmaqla ümumilikdə 821 əcnəbi saxlanılıb.