ABŞ-nin müdafiə naziri xəstəxanaya yerləşdirilib - YENİLƏNİB

ABŞ-nin müdafiə naziri xəstəxanaya yerləşdirilib - YENİLƏNİB

ABŞ müdafiə naziri Lloyd Ostin kritik terapiya bölməsinə yerləşdirilib.

APA xəbər verir ki, bu barədə onun həkimlərinin Pentaqonun saytında paylaşılmış bəyanatında bildirilib.

Qeyd olunub ki, gecə aparılmış bir sıra analizlərdən və qiymətləndirmələrdən sonra nazir yaxından monitorinq və dəstəkləyici terapiya üçün Volter Rid Milli Hərbi Tibbi Mərkəzin krtik terapiya bölməsinə yerləşdirilib.

“Hazırda nazir Ostinin nə qədər xəstəxanada qalacağı məlum deyil”, - bəyanatda bildirilib.

Nazirə xərçəng proqnozu qoyulduğu qeyd olunub.

***

02:21

ABŞ-ın müdafiə naziri Lloyd Ostin sidik kisəsi problemi şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

APA xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayderin bəyanatında bildirilib.

Sənəddə qeyd edilib ki, Ostin yerli vaxtla təxminən saat 14:20-də (Bakı vaxtı ilə 23:20) “sidik kisəsində yaranan problemləri göstərən əlamətlər səbəbindən müayinə üçün” Uolter Rid Mərkəzinə aparılıb. Pentaqonun mətbuat katibi qeyd edib ki, Ostinin xəstəxanaya yerləşdirilməsi barədə müdafiə nazirinin müavini Ketlin Hiksə və ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Çarlz Brauna, həmçinin Ağ Evə və Konqresə məlumat verilib.

“Hazırda nazir öz funksiyalarını saxlayır və vəzifələrini yerinə yetirməkdə davam edir", - deyən Pentaqonun mətbuat katibi ABŞ müdafiə nazirinin müavininin lazım gələrsə, departament rəhbəri vəzifələrini öz üzərinə götürməyə hazır olduğunu vurğulayıb.