Valentina Matviyenko: Rusiya-Azərbaycan münasibətləri möhkəm dostluq bağlarına əsaslanıb

Valentina Matviyenko: Rusiya-Azərbaycan münasibətləri möhkəm dostluq bağlarına əsaslanıb

Rusiya-Azərbaycan münasibətləri həmişə möhkəm dostluq bağlarına və mehriban qonşuluq prinsiplərinə əsaslanıb.

"Report"un xəbərinə görə, bu fikirlər Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkonun Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda əksini tapıb.

Məktubda qeyd edilib ki, bu münasibətlər, o cümlədən parlament xətti ilə əlaqələr indi də konstruktiv istiqamətdə inkişaf edir, müttəfiqlik tərəfdaşlığını və qarşılıqlı faydalı əməkdaşlığın potensialını üzə çıxarmaqda davam edir.