Qadın şahmatçılar arasında Azərbaycan çempionatına start verilib

Qadın şahmatçılar arasında Azərbaycan çempionatına start verilib

Qadın şahmatçılar arasında Azərbaycan çempionatına start verilib.

“Birxeber.Az”un Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, yarışda 2023-cü ildə 18 yaşlılar arasında dünya çempionatının qalibi olan Ayan Allahverdiyeva, o cümlədən beynəlxalq usta Səbinə İbrahimova da mübarizə aparırlar.

Ümumilikdə 15 şahmatçının iştirak etdiyi yarışın reytinq favoriti Xəyalə Abdulladır.

Çempionatın mükafat fondu 15 min manat təşkil edir. Qalib 6000 manat əldə edəcək. İlk iki yeri tutacaq şahmatçılar şəxsi Avropa çempionatına ezam olunacaqlar.

Çempionatın baş hakimi İnara Topçiyevadır. 7 turdan ibarət Azərbaycan çempionatına fevralın 17-də yekun vurulacaq.