Azərbaycan voleybol millilərinin rəhbəri Gəncə və Tovuzda seminar keçirib

Azərbaycan voleybol millilərinin rəhbəri Gəncə və Tovuzda seminar keçirib

Voleybol üzrə yeniyetmə və gənc qızlardan ibarət Azərbaycan millilərinin rəhbəri Şahin Çatma Gəncə və Tovuzda yerli məşqçilərə seminar keçib.

“Report”un Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidmətinə istinadən məlumatına görə, həmin bölgədə regional voleybol klublarında “Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı” düşərgəsi təşkil olunub.

Nəzəri və təcrübi hissələrdən ibarət olan seminarın keçirilməsində əsas məqsəd bölgələrdə fəaliyyət göstərən məşqçilərin yeni qaydalarla tanışlığını təmin etmək, həmçinin müxtəlif rayon və şəhərlərdə çalışan mütəxəssislərlə əməkdaşlığın genişləndirilməsidir.

Qeyd edək ki, AVF fevralda Sumqayıt və Naxçıvanda da düşərgə və seminarlar təşkil edəcək.