Azərbaycan ərazisindən tranzit daşımaları artıb

Azərbaycan ərazisindən tranzit daşımaları artıb

Bu ilin yanvar ayında “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə müəssisəsi olan “ADY Ekspress” şirkəti tətəfindən daşınan yüklərin ümumi həcmi 453 621 ton təşkil edib ki, bu da 2023-cü ilin yanvar ayındakı 345 024 ton yük həcmindən 108 597 ton və ya 31% çoxdur.

“ADY Ekspress”dən “Birxeber.Az-Economics”ə verilən məlumata görə, yük daşımalarında artımı həm tranzit, həm də idxal, ixrac rejimində nəql olunan yüklərə aiddir. Artımı şərtləndirən əsas amillərdən biri də Azərbaycan ərazisindən tranzit daşımaların artmasıdır.

Belə ki, 2023-cü ilin yanvarında ADY Express tərəfindən həyata keçirilən tranzit yükdaşımaların həcmi 240 min 370 ton təşkil etdiyi halda, 2024-cü ilin yanvarında bu rəqəm 280 min 838 tona yüksəlib. Bu 40 min 469 ton və ya 17% artım deməkdir.

Tranzit yüklərin əsas hissəsi Azərbaycan ərazisindən keçən Orta Dəhliz vasitəsi ilə daşınıb. Orta Dəhliz artıq Şərq və Qərb arasında beynəlxalq daşımalarda əsas tranzit miarşrutlardan birinə çevrilir. Bu dəhliz Çin və Mərkəzi Asiya ölkələrindən Avropaya və əks istiqamətdə yüklərin sürətli və səmərəli daşınmasını təmin edərək, Azərbaycanı bu marşrut üzrə əsas tranzit qovşağına çevirir.