Qazaxıstan Prezidenti Qətərə rəsmi səfər edəcək

Qazaxıstan Prezidenti Qətərə rəsmi səfər edəcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin 13-14 fevral tarixlərində Qətər dövlətinə rəsmi səfəri olacaq.

Birxeber.Az-nın Mərkəzi Asiya bürosu xəbər verir ki, səfər çərçivəsində Qətər əmiri Şeyx Tamim bin Həməd əl Tani və Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman əl Tani ilə danışıqlar planlaşdırılır.

Tokayev Qazaxıstan və Qətər İnvestisiya dəyirmi masasında da iştirak edəcək və Qətər biznesinin kapitanları ilə bir sıra görüşlər keçirəcək.

Əhməd Əkbərov