Uşağın anadan olmasına görə 8300-dən çox şəxsə birdəfəlik müavinət təyin edilib

Uşağın anadan olmasına görə 8300-dən çox şəxsə birdəfəlik müavinət təyin edilib

2024-cü ilin yanvar ayı ərzində 8 311 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilib.

Bu barədə Birxeber.Az-ya Fonddan xəbər verilib.

Qeyd edilib ki, dünyaya gələn uşaqların 3 960 nəfəri qız, 4 351 nəfəri isə oğlandır.