Xankəndidə avtomat və qumbaralar aşkarlanıb

Xankəndidə avtomat və qumbaralar aşkarlanıb

Xankəndi şəhərində avtomat və qumbaralar aşkarlanıb

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 11-də Xankəndi şəhəri ərazisində 7 ədəd avtomat silahı, 2 tüfəng, 11 ədəd qumbara, 10 qumbara alışdırıcısı, 25 ədəd patron darağı, 2487 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.