Abşeronda şirkətdən 13 min manatlıq oğurluq olub

Abşeronda şirkətdən 13 min manatlıq oğurluq olub

Abşeron rayonun Xırdalan şəhərində şirkətdən 13 min manatlıq oğurluq olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Xırdalan şəhəri ərazisində yerləşən şirkətlərin birinin həyətindən 13000 manat dəyərində tikinti materialı oğurlamaqda şübhəli bilinən İlkin Qocayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.