Bakıda 8-ci sinifdə oxuyan qız itkin düşüb

Bakıda 8-ci sinifdə oxuyan qız itkin düşüb

Bakıda 14 yaşlı məktəbli qız itkin düşüb.

APA xəbər verir ki, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsində yaşayan 3 saylı tam orta məktəbin 8-ci sinif şagirdi 2010-cu il təvəllüdlü Əsnat Həsənli fevralın 9-da evdən çıxıb, geri qayıtmayaraq itkin düşüb.

Faktla bağlı araşdırma aparılır.