Xəzər dənizində 14 kq-dan çox marixuana aşkarlanıb

Xəzər dənizində 14 kq-dan çox marixuana aşkarlanıb

Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri davam etdirilir.

DSX-dan Birxeber.Az-ya verilən xəbərə görə, fevral ayının 8-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri, texniki müşahidə məntəqəsi və sərhəd gözətçi gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Lənkəran reydində, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində sahildən 14.2 mil məsafədə sənaye üsulu ilə lövbərə bağlanmış 3 ədəd kisədə ümumi çəkisi 14 kiloqram 110 qram narkotik vasitə “marixuana” aşkar olunaraq götürülüb.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.