Bakıda 14 yaşlı məktəbli qız itkin düşüb

Bakıda 14 yaşlı məktəbli qız itkin düşüb

Bakıda 14 yaşlı məktəbli qız itkin düşüb.

"Birxeber.Az" xəbər verir ki, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi ev 31A, mənzil 1-də yaşayan Kəmalə Həsənova fevralın 10-da Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edib.

Bildirib ki, onunla eyni ünvanda yaşayan qızı, 2010-cu il təvəllüdlü, Binəqədi rayonu, 3 saylı tam orta məktəbin 8-ci sinif şagirdi Əsnat Həsənli fevralın 9-da evdən çıxıb geri qayıtmayaraq itkin düşüb.

Faktla bağlı araşdırma aparılır.