"Reuters": Kirbi ABŞ Prezidentinin köməkçisi olacaq

"Reuters": Kirbi ABŞ Prezidentinin köməkçisi olacaq

ABŞ Milli Təhlükəsizlik Şurasında strateji kommunikasiyalar üzrə koordinator Con Kirbinin səlahiyyətləri genişləndiriləcək,

APA xəbər verir ki, bu barədə "Reuters" məlumat ayayıb.

Bildirilib ki, o, prezidentin köməkçisi olacaq.

Eyni zamanda, o, müxtəlif departamentlər arasında milli təhlükəsizlik məqsədləri üçün kommunikasiyaların əlaqələndirilməsinə cavabdeh olacaq.

Həmçinin yeni vəzifəsində Kirbinin ABŞ-nin milli təhlükəsizlik məsələləri ilə bağlı administrasiyanın mesajlarını sinxronlaşdıracaq öz köməkçi heyəti olacaq.