İran XİN: "Yaxın Şərqdəki münaqişə müharibə yolu ilə həll edilməməlidir"

İran XİN: "Yaxın Şərqdəki münaqişə müharibə yolu ilə həll edilməməlidir"

İsrailin Qəzza zolağında Fələstin xalqına qarşı təcavüzünə son qoyulması regionda təhlükəsizlik və sabitliyin bərpası üçün açardır.

APA xəbər verir ki, bunu Dəməşqdə suriyalı həmkarı Feysəl Miqdad ilə mətbuat konfransında çıxışı zamanı İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.

“Yaxın Şərqdəki münaqişəni qol gücünə həll etmək olmaz. Biz fələstinlilərin məcburi köçürülməsi planlarını rədd edirik”, - deyə nazir bildirib.

İranlı nazir ABŞ-nin Suriyanın şərqində məskunlaşan məntəqələrə aviazərbələrini sərt şəkildə pisləyib:

“Biz Amerika hərbçilərinin Suriya ərazisində olmasını qanunsuz hesab edirik və ABŞ-nin təcavüzkar hərəkətlərindən əziyyət çəkən Suriya xalqına başsağlığı veririk”