İngiltərə Premyer Liqası: “Aston Villa” “Mançester Yunayted”ə uduzub

İngiltərə Premyer Liqası: “Aston Villa” “Mançester Yunayted”ə uduzub

İngiltərə Premyer Liqasının 24-cü turunun oyununda “Aston Villa” doğma meydanda “Mançester Yunayted”ə məğlub olub.

“Birxeber.Az” xəbər verir ki, matç Villa Park stadionunda baş tutub.

“Qırmızı şeytanlar”ın hücumçusu Rasmus Hoylunn 17-ci dəqiqədə hesabı açıb. Danimarkalı ardıcıl 5-ci matçda qol vurub. Birminhem təmsilçisi 67-ci dəqiqədə Duqlas Luisin qolu sayəsində status-kvonu bərpa ediblər.

Bununla belə, Skott Maktominey Erik ten Haqın komandasına qələbə qazandırıb: ikinci hissədə əvəzedici kimi meydana çıxan şotlandiyalı 86-cı dəqiqədə fərqlənib.

Qeyd edək ki, “Mançester Yunayted” (41 xal) bütün yarışlarda ardıcıl dördüncü qələbəsini qazanıb və Premyer Liqada altıncı pillədəki mövqeyini bərkidib. “Aston Villa” (46) isə turnir cədvəlində beşincidir. Premyer Liqanın vahid lideri isə 54 xalla “Liverpul”dur.

Xatırladaq ki, daha öncə birincilik uğrunda mübarizə aparan “Arsenal” Konsfrans Liqasının son çempionu “Vest Hem”i altı qolla darmadağın edib.