Azərbaycanın yeniyetmə və gənc karateçiləri Avropa birinciliyini 8 medalla başa vurublar

Azərbaycanın yeniyetmə və gənc karateçiləri Avropa birinciliyini 8 medalla başa vurublar

Azərbaycanın karate üzrə yeniyetmə və gənclərdən ibarət milli komandası Gürcüstanın paytaxtı Tbilisidə keçirilmiş Avropa birinciliyində 8 medal qazanıb.

“Birxeber.Az”un yerli bürosu xəbər verir ki, kadetlər, yeniyetmə və gənclər arasında Avropa birinciliyində 49 ölkədən, 1 166 idmançı iştirak edib.

Azərbaycanlı idmançılardan Fərid Hacızadə (55 kq) və Aslan Dostuyev (61 kq) qızıl medal qazanıblar. Osmanlı Osman (+84 kq), Qayıbova Cahangir (+70 kq) isə gümüş medalla kifayətləniblər. Bürünc medalla ölkəyə qayıdacaq idmançılar isə Hüseyn Məmmədli (67 kq), Ələddin Məlikov (63 kq), Rəvan Abbasov (57 kq), Vüsal Qəmbərovdur (52 kq).

Beləliklə, yeniyetmə və gənclərdən ibarət milli komanda sözügedən beynəlxalq turniri iki qızıl, iki gümüş, dörd bürünc medalla başa vurub.

Qeyd edək ki, iki beynəlxalq hakimimin də kateqoriyaları artırılıb.