Netanyahu: "İsrail-Fələstin sülh müqaviləsi tezliklə bağlanmayacaq"

Netanyahu: "İsrail-Fələstin sülh müqaviləsi tezliklə bağlanmayacaq"

İsraillə Fələstin tezliklə sülh sazişi bağlaya bilməyəcək.

APA xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu ABC televiziya kanalına müsahibəsində deyib.

"Hamı iki dövlətli həll yolundan danışır. Mən bunun necə olacağnı soruşurum: Fələstin ordusu olmalıdırmı? İranla hərbi müqavilə imzalamalıdırlar? Şimali Koreyadan raketlər və digər silahlar idxal olunacaqmı? "Mən həmişə demişəm ki, sülh sazişi ilə bağlı gələcək hələ çox uzaqdadır", - deyə o bildirib.

Netanyahu vurğulayıb ki, İordaniya çayının qərbindəki ərazilər, o cümlədən Qəzza zolağı üzərində təhlükəsizlik nəzarəti İsrailin əlində qalmalıdır.