Qubada yol qəzasında ölən və yaralananların kimliyi məlum olub - YENİLƏNİB 2

Qubada yol qəzasında ölən və yaralananların kimliyi məlum olub - YENİLƏNİB 2

Qubada baş vermiş ağır yol nəqliyyat hadisəsində ölən və yaralananların kimliyi bəlli olub.

"Report"un Şimal bürosunun məlumatına görə, Qubanın Barlı kəndi ərazisindən keçən hissəsində qeydə alınan yol-nəqliyyat hadisəsində ölən və xəsarət alanların adları açıqlanıb.

Qəzada Arif İmamquluyev və Elmar Məmmədov həlak olub, Fərhad İbrahimov, Mustafa Əkbərov və Akif Qurbanov isə ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

20:20

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"a verilən məlumata görə, fevralın 11-i saat 18:45 radələrində Xaçmaz-Quba yolunun Barlı kəndi ərazisindən keçən hissəsində “Priora" markalı nəqliyyat vasitəsi ağaca dəyib.

Hadisə nəticəsində avtomobildə olan 5 nəfərdən 2-si ölüb, digər 3 nəfər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

19:06

Qubada minik avtomobili ağaca çırpılıb, yaralananlar var.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Quba-Xaçmaz avtomobil yolunun Quba rayonunun Barlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Lada-Priora" markalı minik avtomobilinin yoldan çıxaraq ağaca çırpılması nəticəsində nəqliyyat vasitəsində olan 5 nəfər ağır xəsarətlər alıb.

Onlar Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hazırda xəsarət alanlara tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.